Optimalda 2 otaqlı mənzilin və 100 məişət texnikasının qalibi 29 yanvarda seçiləcəkdir
25 yanvar 2021 17:46 (UTC +04:00)

Optimalda 2 otaqlı mənzilin və 100 məişət texnikasının qalibi 29 yanvarda seçiləcəkdir

 

            Hörmətli müştərilərimiz, bildiyiniz kimi 30 noyabr 2019-cu il tarixindən başlayan “Optimal Qış Festivalı” lotereyası 30 mart 2020-ci il tarixində yekunlaşmışdır.

            Daha əvvəl keçirilməsi planlaşdırılan Final mərasimi yaranmış mövcud vəziyyətlə bağlı evdə qalmağınız və sağlamlığınızı qorumaq məqsədilə təxirə salınmışdır.

            “Optimal Elektronika” MMC olaraq məlumat vermək istərdik ki, 29 yanvar 2021-ci il, saat 15:00-da lotereyanın final mərasimi Optimalın facebook, instagram və youtube kanalı üzərindən canlı yayımla başlayacaqdır. Finalda 1 ədəd 2 otaqlı yeni mənzilin sahibi və 100 ədəd məişət texnikasının şanslı qalibi seçiləcəkdir.

            Qeyd edək ki, Optimalın müştəriləri üçün təşkil etdiyi “Optimal Qış Festivalı” lotereyasının şərtlərinə əsasən elektronika və mebel mağazalarından hər 300 manatlıq nağd və ya kreditlə alış-veriş edən hər kəsə 1 ədəd lotereya kuponu təqdim olunmuşdur. Kupon sahiblərini isə finalda 5 ədəd soyuducu, 5 ədəd paltaryuyan maşın, 5 ədəd qabyuyan, 5 ədəd televizor, 5 ədəd kondisioner, 5 ədəd noutbuk, 10 ədəd mobil telefon, 10 ədəd ətçəkən, 10 ədəd tozsoran, 10 ədəd şirəçəkən, 10 ədəd mikser, 10 ədəd çaynik, 10 ədəd ütü və nəhayət əsas uduş olan 1 ədəd 2 otaqlı yeni mənzil gözləyir.

            Qaliblərin siyahısı müəyyən olunduqdan sonra www.optimal.az saytında və kütləvi informasiya vasitələrində yerləşdiriləcəkdir.

            Optimal bundan sonra da yeni kampaniyaları və hədiyyələri ilə müştərilərini sevindirməyə davam edəcəkdir.

            Hörmətli müştərilərimiz, şansınız Optimal olsun!

            Ətraflı: 012954 / optimal.az

            Finalı mərasimini aşağıdakı kanallardan izləyə bilərsiniz:

            Facebook https://bit.ly/33dcTf1
            Instagram https://bit.ly/2MnAfYO
            Youtube https://bit.ly/2opGhQC

# 3084
avatar

Oxşar yazılar