Faiq Fərmanov və Şahin Əliyev
17 sentyabr 2021 09:44 (UTC +04:00)

Faiq Fərmanov və Şahin Əliyev

Nazirliyin yüksək vəzifəli şəxsi işdən azad edildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov vəzifəsindən azad edilib.

Faiq Fərmanov

Lent.az-ın əldə etdiyi məlumata görə, F.Fərmanov tutduğu vəzifə ilə vidalaşıb.

Bununla bağlı Lent.az-ın sorğusuna cavab olaraq Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Elektron Təhlükəsizlik Xidmətinin əvvəlki rəisi Faiq Fərmanov öz ərizəsi ilə işdən çıxıb.

Məlumatda bildirilib ki, Şahin Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə rəis təyin edilib.

Şahin Əliyev

Şahin Əliyev 1985-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub.

O, 2007-ci ildə bakalavr dərəcəsi üzrə Qafqaz Universitetinin Mühəndislik fakültəsinin kompüter mühəndisliyi ixtisasını, 2009-cu ildə magistr dərəcəsi üzrə Azərbaycan Texniki Universitetinin İnformatika və hesablama texnikası fakültəsinin Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasını bitirib.

2014-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi fakültəsinin Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi əldə edib.

Şahin Əliyev telekommunikasiya sahəsində 14 illik peşəkar təcrübəyə malikdir. Belə ki, o, 2007-ci ildən etibarən İKT sahəsində ölkənin ən qabaqcıl şirkətlərində mühəndis, ekspert mühəndis, şöbə müdiri, departament direktoru və digər rəhbər vəzifələrdə çalışıb. Bundan əlavə, İKT sahəsində və idarəetmədə fərqləndiyinə görə müxtəlif yerli və beynəlxalq sertifikat və diplomlarla təltif olunub.

# 7539
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar