Mingəçevir sakinlərindən "Azəriqaz"a MÜRACİƏT
09 fevral 2023 18:20 (UTC +04:00)

Mingəçevir sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Mingəçevir şəhərində görüşü baş tutub.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, tədbirdə ilk olaraq Birliyin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev çıxış edərək aksiyanın məqsəd və məramı haqqında ətraflı məlumat verib.

Ardınca KOBİA nümayəndəsi mikrofon önünə keçərək sahibkarların üzləşdiyi problemlərin həlli istiqamətində yardım göstərməyə hazır olduqlarını vurğulayıb. Aksiyada sahibkarlarla yanaşı, sakinlər də müraciətlərini ünvanlayıblar. Sahibkarlar debitor borcun araşdırılmasını sakinlər isə fərdi yaşayış evləri ilə yanaşı, xeyir-şər evinin qazlaşdırılmasını istəyiblər.

Görüşdə səslənən təklif və problemlər yerindəcə aydınlaşdırılaraq müvafiq qərarların verilməsi üçün aidiyyəti üzrə yönləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2187
avatar

Fidan İlqar

Oxşar yazılar