Lider mobil operator innovativ “Telegram Bot” xidmətini təqdim edir
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC abunəçilərinə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə istifadə rahatlığı ilə seçilən innovativ “Telegram Bot” xidmətini yerli bazara gətirir. Rəqəmsal məhsullar portfelini daima zənginləşdirən Azercell, “Telegram Bot” çərçivəsində abunəçilərinə bir sıra əməliyyatları rahat şəkildə Müştəri Xidmətlərinə müraciət etmədən həyata keçirmək imkanı verir.
Yeni servisdən yararalanmaq qaydası çox asandır: iOS və Android əməliyyat sistemlərini dəstəkləyən “Telegram” mobil tətbiqini Play Store və ya App Store-dan yüklədikdən sonra, https://bit.ly/azercellbot keçidinə daxil olaraq Start komandası seçilməlidir. Cavab olaraq Bot abunəçilərə 7 bölümdən ibarət menyu təqdim edəcək:
Mənim Nömrəm: Abunəçi Azercell-in “Kabinetim” tətbiqində qeydiyyatdan keçdiyi mobil nömrə və şifrəni daxil edərək, nömrəyə dair məlumatları əldə edə və müxtəlif əməliyyatlar həyata keçirə bilər ( cari tarif /internet paketinin idarəsi, balans haqqında məlumat).
Tariflər: Azercell-in mövcud tarif bazası haqqında detallı məlumat və qoşulma qaydaları.
Xidmətlər: Azercell-in lokal və rominq xidmətləri haqqında detallı məlumat və qoşulma qaydaları.
İnternet: Azercell-in mövcud internet paketləri haqqında detallı məlumat və qoşulma qaydaları.
Azercell+: Azercell-in yeni nəsil rəqəmsal həlləri haqqında detallı məlumat və qoşulma qaydaları.
Kampaniyalar: Azercell-in mövcud danışıq və internet kampaniyaları haqqında detallı məlumat və qoşulma qaydaları.
Əlaqə: Abunəçinin cari lokasiyasına əsaslanan “ən yaxın Azercell nümayəndəliyi”nin təyin edilməsi və ya Onlayn Müştəri Xidmətlərinə keçid.
Mobil operator yeni “Telegram Bot” xidmətinin funksional imkanlarını mütəmadi olaraq genişləndirəcəyini bəyan edərək, hər kəsi rəqəmsal dünyanı Azercell-lə kəşf etməyə cağırır!
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.