Kiçik məbləği hara investisiya  etmək olar? - Qızıl,  kriptovalyuya  ya bank səhmi...
20 may 2026 14:01 (UTC +04:00)

Kiçik məbləği hara investisiya etmək olar? - Qızıl, kriptovalyuya ya bank səhmi...

0

Daşınmaz əmlak almaq üçün çox xaz sayılan, beş-on min manatlıq məbləğləri insanlar adətən qızıla, yaxud “bitcoin”ə ayırırlar. Son illərdə isə bankların səhmlərini ucuz qiymətə 50-55 civarı satışa çıxarması ilə bu istiqamətdə də investisiya qoyanların sayı artıb.

Bəs görəsən, investisiya üçün ən risksiz və dayanıqlı istiqamət hansıdır - qızıl, kriptovalyuta yoxsa bank səhmi?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, bu cür kiçik məbləğlərin bir istiqamət üzrə yönəldilməsi çox zaman ümidləri doğrultmur və yekunda zərərə səbəb olur:

Qanuna dəyişikliklər edilməlidir” – Vüqar Oruc - AQC

“Beş-on min manat arası olan kiçik məbləğlə çox ehtiyatlı davranmaq lazımdır. Bir çox hallarda kiçik məbləğlə qoyulan investsiyanın geri qayıtması o qədər də əlverişli olmur. Həmin vəsaiti istər “bitcoin”, istər bank səhmi, istərsə də qızıla investisiya etmək çox risklidir.

Bu civarda məbləğə sahib olan insanlar onu müxtəlif istiqamətlər üzrə risksiz paylaşdırmaq istəyirlərsə, o zaman kriptovalyutaya çox az, yəni 10-15%-lik məbləğ ayırmalıdırlar. Çünki bu istiqamət olduqca risklidir və bir çox hallarda siyasi qərarlardan asılı formalaşır. Təcrübəsiz iştirakçı bu bazarda tez zamanda uğursuzluğa düçar ola bilər. Yalnız gözlənti, risksiz fəaliyyət və kiçik məbləğlərlə iştirak uğursuzluğun qarşısını almaq üçün kifayət qədər əsaslı addımdır.

Qızıla gəlincə, o, heç vaxt investisiya predmeti olmayıb, yalnız qoruyucu funksiya daşıyır. İnsanlar əllərindəki məbləği qoruyub saxlamaq üçün qızıl ala bilərlər. Amma qısa müddət ərzində qızıldan gəlir əldə etmək mümkün deyil. Burada həm yatırılan məbləğ böyük həcmli olmalıdır, həm də uzun müddət gözləmək lazımdır. Yalnız bu halda onun qiyməti ciddi şəkildə arta bilər.

Bank səhmlərinə yatırım etmək olar. Stabil və dayanıqlı bank sistemi olan ölkələrdə bu, çox əlverişlidir. Azərbaycanda hansısa bankdan səhm almazdan əvvəl ciddi analiz etmək - bankın səhmlərə görə ödənişlərinin səviyyəsini, daxili strukturunu, maliyyə gücünü, portfelinin səviyyəsini və əhatəsini, dayanıqlılığını, banklar sistemindəki yerini, likvidlik faizini və təhlükəsizliyini öyrənib, sonra səhmlərə yatırım etmək olar”.

İqtisadçı qeyd edib ki, investisiya üçün ən yaxşı istiqamət daşınmaz əmlakların səhmidir:

“Daşınmaz Əmlak Fondunun yaradılması və onun səhmlərə açılması ilə bağlı bu yaxınlarda bir qərar verildi. Vətəndaşın yüz minlik obyekt almağa gücü yoxdursa, səhmlərə uyğun olaraq onun 10%-ni əldə edə biləcək. İstər həmin obyektin heç bir fəaliyyət göstərmədən illik bahalaşmasından, istərsə də səmərəli və faydalı fəaliyyətindən əldə olunan gəlirdən payçı ola biləcəklər. Kiçik məbləğlərin investisiyası kimi ən doğru yol hesab edirəm ki, budur. Yaxınlarda bu cür layihələr gerçəkləşərsə, Azərbaycanda həm əmlak istiqamətində, həm də vətəndaşların səhmlərə və qiymətli kağızlara malik olması yönündə çox ciddi yeniliklərin və faydalı proseslərin baş verməsini görmək olar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar