İsmayıllı sakinlərindən "Azəriqaz"a MÜRACİƏT
11 aprel 2023 18:03 (UTC +04:00)

İsmayıllı sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Kürdəmir rayonundan sonra İsmayıllı sakinlərinin ixtiyarında olub.

Lent.az xəbər verir ki, müraciətini ünvanlamaq üçün aksiyaya rayonun Qalacıq kəndindən qatılan Şakir Eminovun istəyi yeni tikilmiş fərdi yaşayış evinin qazlaşdırılmasından ibarət olub.

Vətəndaşa küçə qaz xəttinə qoşulma ilə bağlı şərtlər ətraflı şəkildə izah olunub. Mican kənd sakini Qərib Niftəliyev isə dövlət yoxlamasına göndərilən sayğacın yenidən bərpa olunmasını xahiş edib. Aksiyada səslənən problem və təkliflərin SOCAR “Azəriqaz” İB-nin Ağsu RQİİ-nin rəhbər şəxsləri tərəfindən aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1680
avatar

Fidan İlqar

Oxşar yazılar