HUAWEI MateBook D16: Texnologiya Dünyasında Sizin Etibarlı Tərəfdaşınız
16 may 2024 13:15 (UTC +04:00)

HUAWEI MateBook D16: Texnologiya Dünyasında Sizin Etibarlı Tərəfdaşınız

HUAWEI, MateBook seriyasına yeni əlavə olunan HUAWEI MateBook D16 notbukunu təqdim edir. Bu model, gözəl dizayn, yüksək texniki göstəriciləri və zəngin funksiyarı ilə seçilir.

MateBook D16, 16 düym ölçülü çərçivəsiz HUAWEI FullView ekranı ilə fərqlənir. Bu ekran, yüksək parlaqlığı, kontrastlığı və geniş baxış bucaqları ilə istənilən işıqlandırma şəraitində parlaq və aydın görünü təmin edir. HUAWEI-in ən yeni mühəndis həlləri sayəsində, adətən 15,6 düym ölçülü ekran yerləşdirən korpusa 16 düym ölçülü ekranı yerləşdirməyi bacarıb.

 

Yeni Intel® Core™ i9 13-cü nəsil prosessor və 14 nüvəyə malikdir. Cihaz, multimedia layihələrindən elmi hesablamalara qədər istənilən əməliyyatları yerinə yetirmək qabiliyyətindədir.

MateBook D16, Intel® Iris® Xe inteqrasiya olunmuş videokartı və LPDDR4x RAM iki kanallı operativ yaddaş istifadə edir. Bu, qrafik işlərin görülməsi və kompüter oyunları oynayarkən yüksək performansı təmin edir.

 

Bütün HUAWEI MateBook D seriyalı noutbuklar, yüksək sürətli NVMe PCIe SSD yaddaş qurğusu ilə təchiz olunurlar. Bu, kompüter proqramları və oyunların yüklənməsini sürətləndirir və tələb olunan işləri daha rahat və sürətli görməyə imkan yaradır.

Noutbukun iri tutumlu akumulyatoru uzun müddətli şəbəkədənkənar işləməni təmin edir. Shark Fin soyuducu sistemi, istilik yayımını effektiv idarə etmək və noutbuku uzun müddət ərzində optimal performansda saxlamaq üçün tətbiq olunur.

Nəticə etibarilə, HUAWEI MateBook D16, gücü, performansı, rahatlığı və etibarlılığı dəyərləndirən peşəkar istifadəçilər üçün ideal seçimdir. Bütün bu xüsusiyyətləri ilə HUAWEI MateBook D16, gündəlik həyatınızda sizlərə rahatliq gətirəcək, zövqünüzü oxşayacaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1863
avatar

Oxşar yazılar