Goranboy sakinlərindən "Azəriqaz"a MÜRACİƏT
04 may 2023 16:36 (UTC +04:00)

Goranboy sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

Goranboy rayonunda təşkil olunan "Səyyar qəbul otağı"nda Gəncə RQİİ-nin baş mühəndisi çıxış edərək aksiyanı açıq elan edib.

Lent.az xəbər verir ki, qurum rəsmisi görüşdə səsləndiriləcək problem, təklif və istəklərin Birliyin səlahiyyətləri çərçivəsində həll olunacağını bildirib.

Daha sonra mikrofon aksiyaya qatılan 7 sakinin ixtiyarına verilib. Müraciətlərdən biri şəhid bulağının inşası üçün qaz xəttinin yerinin dəyişdirilməsi, 2-si fərdi yaşayış evinin qazlaşdırılması, daha 1-i sayğacın yerinin dəyişdirilməsi və digərləri isə debitor borcun araşdırılmasından ibarət olub.

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1344
avatar

Fidan İlqar

Oxşar yazılar