“Coffee ‘ N Joy” ( EYP European Youth Parliament) Avropa Gənclər Parlamentinə öz dəstəyini göstərib. UFAZ-da keçirilən tədbir 3 gün davam edib və iştirakçıların özünü kəşf, şəxsi inkişafına yönəlik olub.
Lent.az xəbər verir ki, tədbir çərçivəsində müasir dünyada aktual olan problemlər və onların həlli yolları müzakirə edilib.
Qeyd edək ki, AGP 40 ölkədə fəaliyyət göstərən birlikdir.
Gənclərin təhsili, fərdi və karyera inkişafını prioritetlərindən hesab edən “Coffee`N Joy”, mütəmadi olaraq, gənclər üçün təşkil edilən tədbirlərə dəstək verir. Adıçəkilən marka onları motivasiya etmək, yeniliklərə gedən yolda ruhlandırmaq üçün həyata keçirilən layihələrdə yaxından iştirak edir.