Bu rayonda qaz xətləri yenilənir - VİDEO
27 mart 2023 10:49 (UTC +04:00)

Bu rayonda qaz xətləri yenilənir - VİDEO

SOCAR “Azəriqaz” İstehsalat Birliyi bütün ölkə üzrə qaz təchizatının yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.

Birlikdən Lent.az-a verilən məlumata görə, Ağsu rayonunun Padar kəndində istismar müddəti başa çatan qaz xətlərinin əvəzlənməsi işləri görülür.

Torpaqla təmasda olan korroziyaya uğrayan qaz xətləri dayaqlar üzərinə qaldırılır, qapı keçidləri quraşdırılır. Qaz xəttinin çəkilişi ilə paralel olaraq dayaqlar betonlanır və boya işləri də icra olunur. Yeni xətlərin çəkilişi yekunlaşdıqdan sonra xeyli abonentin qaz təchizatı yaxşılaşdırılacaq. Qeyd edək ki, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər bundan sonra da davam etdiriləcək.

Ətraflı video materialda: 

# 1425
avatar

Fidan İlqar

Oxşar yazılar