Birbank Biznes-dən daha bir yenilik: sərəncam ödənişləri ölkədə ilk dəfə mobil tətbiqdə
23 iyul 2024 14:59 (UTC +04:00)

Birbank Biznes-dən daha bir yenilik: sərəncam ödənişləri ölkədə ilk dəfə mobil tətbiqdə

 

Birbank Biznes sahibkarlar üçün biznes proseslərini asanlaşdırmağa davam edir. Belə ki, müştərilər artıq sərəncam ödənişlərini də Birbank Biznes mobil tətbiqindən edə biləcəklər. Bu funksionallıq onlara hesablarına daxil olan sərəncamları filiala getmədən, vaxt itirmədən, günün istənilən saatında rahatlıqla və operativ şəkildə ödəmək imkanı yaradır. 

Bunun üçün sadəcə Birbank Biznes mobil tətbiqində Sərəncamlar bölməsinə klik edərək sərəncamı seçib ödəniş etmək kifayətdir.

Vaxt itirmədən https://onelink.to/ej5bbu linkinə keçid edərək Birbank Biznes mobil tətbiqini yükləyə və sahibkar hesabı aça bilərlər.

Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:

- Onlayn biznes hesablarının açılması

- Ölkədaxili və beynəlxalq köçürmələrin edilməsi

- Nağdsız valyuta mübadiləsi

- Biznes krediti üzrə müraciətlərin edilməsi

- Cari və kart hesabından QR-nağdlaşdırma

- Mobil POS sifarişi və əməliyyatların qəbulu

- Biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil

- Əməkhaqqı kartlarına mədaxil

- POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması

- Kliklə ödə xidməti

- Süni intellekt əsaslı “Çat” sorğu xidməti

- HÖP ödənişləri ( büdcə, kommunal və s.) xidmətinin həyata keçirilməsi

- Sərəncamlara nəzarət və s.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1758
avatar

Oxşar yazılar