Bir gündə  12,5 milyard   qazandı
03 fevral 2023 17:48 (UTC +04:00)

Bir gündə 12,5 milyard qazandı

“Meta” şirkətinin yaradıcısı Mark Zukerberq bir gündə 12,5 milyard dollar varlanıb.

Lent.az-ın “Bloomberg”ə istinadən məlumatına görə, bu onun sərvətində bir günlük ən böyük artımdır. Beləliklə, Markın biznesi getdikcə əvvəlki axarına qayıdır. Yəni milyarder işlərini bərpa edir.  

Qeyd edək ki, Markın 2021-ci ilin sentyabrında sərvəti 142 milyard dollarla zirvəyə çatmışdı. Amma sonrakı illər onun üçün yaxşı keçməyib və böyük maliyyə itkiləri ilə üzləşib.

Hazırda Zukerberqin varidatı 69,8 milyard dollar təşkil edir. O, dünyanın 13-cü ən varlı adamıdır.

 

 

# 1590
avatar

Sevinc Fərid

Oxşar yazılar