Bakıda reklam lövhələri sökülür -  ŞİKAYƏT  - FOTO
26 oktyabr 2021 15:08 (UTC +04:00)

Bakıda reklam lövhələri sökülür - ŞİKAYƏT - FOTO

Paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tapşırığı ilə reklam lövhələri sökülür.

Cari ilin 4 sentyabr tarixində Bakı şəhərinin müxtəlif ünvanlarında binaların dam və fasad hissələrində fərqli reklam şirkətləri tərəfindən quraşdırılmış müasir reklam qurğuları Bakı şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları tərəfindən sökülüb, yararsız – bərpa olunmayacaq vəziyyətə salınıb və naməlum istiqamətdə aparılıb.

Reklam qurğularının sökülməsi nəticəsində sahibkarlara böyük miqdarda maddi zərər dəyib.

Sökülən şitlərdə önəmli sosial çarxların da monitorlarda yayımlanmasının geniş yer aldığı bildirilir. İri həcmli yatırımlar və peşəkarlıq hesabına qurulmuş reklam infrastrukturunun geriləməsi şübhəsiz ki, digər sahələrdə fəaliyyət göstərən sahibkarlara da mənfi təsir göstərəcək.

Bu gün sahibkarlar sözügedən məsələnin araşdırılmasını, qanuni hüquqlarının bərpa edilməsini və müvafiq reklam konstruksiyalarının yerinə qaytarılmasını istəyir. Məsələ ilə bağlı BŞİH-ə müraciət edildikdə, heç bir tutarlı cavab verilmir.

Azərbaycan Respublikasının "Reklam haqqında” qanununun 34.1-ci maddəsinə əsasən reklam sahəsində dövlət nəzarətinin başlıca məqsədi reklam subyektlərinin maraqlarının təmin olunmasından ibarət olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli Fərmanı ilə təsdiqlənmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nizamnaməsinin 2.2.4 maddəsində reklam qurğularının sökülməsi ilə bağlı qərarın Agentliyin birbaşa səlahiyyəti çərçivəsində olduğu bildirilir. Belə olan halda BŞİH-nin müvafiq qərarının qanunsuzluğu və səlahiyyətlərini aşma faktı bir daha təsbit edilir. /qaynarinfo/

# 8631
avatar

Oxşar yazılar