"Azərlotereya" ilin ən yaxşı tərəfdaşı seçildi
12 fevral 2024 11:52 (UTC +04:00)

"Azərlotereya" ilin ən yaxşı tərəfdaşı seçildi

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC ətraf mühitə töhfə verən “2023-cü ilin ən yaxşı tərəfdaşları” sırasında olub. Şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ““Yaşıl gələcək” platforması çərçivəsində keçirilən ağacəkmə aksiyalarında iştiraka görə ən yaxşı tərəfdaş” nominasiyası üzrə təltif edilib.

Layihənin əsas məqsədi ətraf mühitin və təbii ehtiyatların qorunması naminə ağac əkilən ərazilərdə damcılı suvarma sisteminin quraşdırılmasına və ölkəmizin yaşıllaşdırılmasına töhfə verməkdir. Layihə çərçivəsində şirkət çox sayda ağacın əkilməsi üçün ianə edib.

“Azərlotereya” daha öncə də nazirliyin təşkilatçılığı ilə həyata keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub. Şirkət əməkdaşlarının iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 3000 ədəd zeytun, Eldar şamı, oleandr, Şərq çinarı ağacları əkilib.

"Azərlotereya" bundan sonra da təbiətin sağlamlaşdırılması, biomüxtəlifliyin və ekosistemin bərpasına önəm verən, bu istiqamətdə həyata keçirilən layihələrə dəstək olaraq ölkəmizin yaşıllaşdırılmasına töhfə verməyə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3414
avatar

Oxşar yazılar