"Azercell" azad olunmuş ərazilərdə 90-dan çox baza stansiyası quraşdırdı®
09 dekabr 2022 14:25 (UTC +04:00)

"Azercell" azad olunmuş ərazilərdə 90-dan çox baza stansiyası quraşdırdı®

Lider mobil operator ölkənin müxtəlif regionlarında 57 yeni baza stansiyasını quraşdırıb

Cari ilin avqust ayında şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə genişmiqyaslı layihəyə start verən Azercell bu istiqamətdə aparılan işləri davam etdirir.

Layihənin növbəti mərhələsini uğurla başa vuran şirkət Bakı və Abşeron ərazisində 38, bölgələrdə isə 19 yeni baza stansiyasını quraşdırıb, ölkə üzrə 900-dən çox baza stansiyasında təkmilləşdirmə işləri aparıb. Yeni quraşdırılan baza stansiyalar Göycay, Astara, Ağdaş, Qusar, Yardımlı, Kürdəmir, İsmayıllı, Şəki, Şabran və Qəbələ zonalarını əhatə edib. Görülən tədbirlərin və şəbəkə tutumunun artması nəticəsində cari ilin üçüncü kvartalında ötən ilin müvafiq dövrü ilə müqayisədə internet trafikinin həcmində 30% artım müşahidə edilib.

İşğaldan azad olunmuş torpaqlarda da keyfiyyətli mobil rabitə şəbəkəsinin genişləndirilməsini prioritet hesab edən Azercell bu ərazilərdə 3 yeni baza stansiyasını təqdim edib, 60-a yaxın baza stansiyasında təkmilləşdirmə işləri aparıb.

Qeyd edək ki, hazırda işğaldan azad olunmuş Qarabağda Azercell-in 90-dan çox baza stansiyası fəaliyyət göstərir və Azercell şəbəkəsi Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 10-dan çox baza stansiyası quraşdırıb və Zabux, Sus, eləcə də digər kəndlərdə mobil rabitə xidmətləri göstərir.

Paralel olaraq, Azercell Qarabağda ətraf mühitin qorunması maqsədilə “yaşıl” texnologiyaların tətbiqinə davam edir və 2023-cü ilin sonunadək bu ərazilərdə günəş enerjisinə əsaslanan 35 baza stansiyasını istismara verməyi planlaşdırır. “Yaşıl” stansiyalardan ikisi artıq Qubadlı və Cəbrayılda istifadəyə verilib.

# 579
avatar

Oxşar yazılar

“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

28 yanvar 2023 , 12:41
Qəbələ sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

Qəbələ sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

27 yanvar 2023 , 17:24
Arzuladığınız premium həyatı yaşayın! -  City Garden Narimanov

Arzuladığınız premium həyatı yaşayın! - City Garden Narimanov

27 yanvar 2023 , 14:56
ABB-dən ətraf mühit və yaşıl artıma dəstək

ABB-dən ətraf mühit və yaşıl artıma dəstək

27 yanvar 2023 , 12:31
Birbank lotereyasının qalibləri müəyyən olundu

Birbank lotereyasının qalibləri müəyyən olundu

27 yanvar 2023 , 10:00
“Azəriqaz”da media və QHT nümayəndələri ilə  GÖRÜŞ OLACAQ

“Azəriqaz”da media və QHT nümayəndələri ilə GÖRÜŞ OLACAQ

26 yanvar 2023 , 17:56
İrandan gətirilən 70 tondan çox kartofda bakteriya aşkarlandı - FOTO

İrandan gətirilən 70 tondan çox kartofda bakteriya aşkarlandı - FOTO

26 yanvar 2023 , 16:01
“Azercell”in təşəbbüsü ilə yaradılan qaynar xəttin 6 aylıq nəticələri açıqlandı

“Azercell”in təşəbbüsü ilə yaradılan qaynar xəttin 6 aylıq nəticələri açıqlandı

25 yanvar 2023 , 18:03