Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı -FOTOLENT  -VİDEO
11 yanvar 2026 15:30 (UTC +04:00)

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı -FOTOLENT -VİDEO

0

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir.

979 ton "Aİ 92" markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

Bundan əvvəl, 18 dekabrda isə Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilmişdi./APA

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1055

Oxşar yazılar