Azərbaycanda satılan  lüks avtomobillərin sayı   AÇIQLANDI
16 avqust 2022 17:28 (UTC +04:00)

Azərbaycanda satılan lüks avtomobillərin sayı AÇIQLANDI

2022-ci ilin birinci yarısında Azərbaycanda satılan lüks avtomobil brendləri üzrə satışların həcmi məlum olub.

Lent.az-ın “APA-Economics”ə istinadla məlumatına görə, 6 marka üzrə satışların ümumi sayı 562 ədəd təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz çoxdur.

“Mercedes” bu ilin ilk yarısında 191 ədəd satışla bazar üzrə liderliyini (34 faiz bazar payı) qoruyub. Bununla belə, markanın satışları ötən ilin eyni dövrünə nisbətən 30 faiz azalıb.

Premium seqmentdə Yaponiya brendi “Lexus” Azərbaycanda satış həcminə görə (185 ədəd) siyahıda ikinci olub. Ötən ilin eyni dövrünə nisbətən markanın satışları 42 faizdən çox artıb. Siyahıda üçüncü olan BMW-nin satışları 31 faiz azalaraq 135 ədədə düşüb. Qeyd edək ki, Almaniya markası ötən ilin birinci yarısında Azərbaycanda 196 avtomobil sata bilmişdi.

Bu dövrdə “Audi”nin satışları 12,6 faiz artaraq 98-ə, “Land Rover”in satışları 16,2 faiz artaraq 86-ya, “Porsche”nin satışları isə 35 faiz artaraq 58 ədədə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1614
avatar

Oxşar yazılar