Azərbaycanda "Jiquli" istehsal oluna bilər
16 fevral 2024 09:18 (UTC +04:00)

Azərbaycanda "Jiquli" istehsal oluna bilər

“AvtoVAZ” şirkəti Azərbaycanda “Lada” avtomobillərinin istehsalına başlamaq üçün danışıqlar aparır. Şirkətin prezidenti Maksim Sokolov danışıqların müsbət nəticələnəcəyinə ümid edir.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, “AvtoVAZ”ın Azərbaycandakı nümayəndə heyəti “Lada”nın irimiqyaslı yığılması üçün istehsal gücünü təhlil edir. Sokolov məsələnin 2024-cü ilin yazında irəliləyəcəyini gözləyir.

Şirkət “Tolyatti”, “İjevsk” və Sankt-Peterburqda istehsal müəssisələrinin sahibidir. İl ərzində 352,6 min avtomobil istehsal edir.

2023-cü ilin sonunda “AvtoVAZ”, Sankt-Peterburqda növbəti altı il ərzində 12 yeni modelin buraxılacağını elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10131
avatar

Oxşar yazılar