Azərbaycanda bu minik maşınları üçün  utilizasiya haqqı   alınacaq
27 iyul 2023 14:22 (UTC +04:00)

Azərbaycanda bu minik maşınları üçün utilizasiya haqqı alınacaq

Azərbaycanda istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobilləri üçün utilizasiya haqqı alınacaq

Gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.

Lent.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Gömrük Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Bu qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3663
avatar

Oxşar yazılar