Azərbaycan və Türkiyə arasında yeni razılaşmanın detalları açıqlandı
04 yanvar 2026 14:39 (UTC +04:00)

Azərbaycan və Türkiyə arasında yeni razılaşmanın detalları açıqlandı

0

Azərbaycan və Türkiyə arasında 33 milyard kubmetr qaz tədarükünə dair saziş imzalanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar bildirib.

Nazir iki gün əvvəl Azərbaycanla yeni təbii qaz sazişinin imzalandığını açıqlayıb:

“İki gün əvvəl Azərbaycanla təbii qaz sahəsində 33 milyard kubmetr həcmində yeni razılaşma əldə etdik. Xəzər dənizindəki Abşeron yatağından hər il 2,25 milyard kubmetr olmaqla, 15 il müddətində qaz tədarükü həyata keçiriləcək. Bu saziş 2029-cu ildə qüvvəyə minəcək və 2040-cı illərə qədər davam edəcək. Mövcud infrastrukturdan istifadə etməklə, bu qazı Bakı–Tbilisi–Ərzurum boru kəməri ilə ölkəmizə gətirəcəyik.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 884

Oxşar yazılar