Almaniyada BMW-nin satışı artıb, "Mercedes"in isə...
21 yanvar 2023 16:19 (UTC +04:00)

Almaniyada BMW-nin satışı artıb, "Mercedes"in isə...

Almaniyada avtomobil bazarının artımı qeydə alınıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, burada avtomobillərin qeydiyyatı 1,1 faiz artıb.

Bununla yanaşı, Fransada satışlar 7,8 faiz, İspaniyada 5,4 faiz, İtaliyada isə 9,7 faiz azalıb. Brend üzrə satışlara gəlincə, Skoda, Audi, Seat, Porsche və digər markaların daxil olduğu "Volkswagen" qrupunun satış həcmi 5,2 faiz, Stellantis (Fiat Chrysler və PSA Group-un alyansı) isə 14,1 faiz azalıb.

Renault qrupu - 4,3 faiz, BMW - 5,1 faiz artıb. Mercedes-Benz satışları isə eyni səviyyədə qalıb. Hyundai və Kia birlikdə satışları 2,6 faiz artırıb.

Avropada (İslandiya, Norveç, İsveçrə və Böyük Britaniya da daxil olmaqla) yeni avtomobillərin sayı 2022-ci ildə 4,1 faiz azalaraq 11 milyon 286 min 939-a düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1860
avatar

Fidan İlqar

Oxşar yazılar