ABB-dən Bolt sürücülərinə özəl Visa kartı
28 iyun 2024 14:37 (UTC +04:00)

ABB-dən Bolt sürücülərinə özəl Visa kartı

ABB Visa və Bolt şirkəti ilə tərəfdaşlıq əsasında yeni kobrend kartını təqdim edib. Bu kart Bolt-la əməkdaşlıq edən taksi sürücüləri üçün nəzərdə tutulub. Onlar kartı “Business İnternet Bank” sistemindən əldə edib onun imkanlarından faydalana bilərlər.

Həm debet, həm kredit funksiyasını özündə birləşdirən bu kart sürücülərin də, sərnişinlərin də işini xeyli asanlaşdırır. Sərnişinlərin nağdsız şəkildə ödədikləri gedişhaqqı birbaşa sürücünün kobrend kartına köçürülür. Taksi sürücülərinə bu kartdan kredit kartı kimi də istifadə etmək imkanı yaradılıb. Kart üzrə kredit limitini artırmaq, əlavə edilmiş vəsaitlərlə ödənişlər aparmaq olar.

Kartın başqa üstünlükləri də var. Sürücülər bu kartla ABB-nin “Fayda” loyallıq sisteminə və “Fayda Max” proqramlarına qoşulurlar. ABB onların fərdi ehtiyaclarına, müştəri təcrübələrinə uyğun maraqlı imkanlar yaradıb. Belə ki, taksi sürücüləri ən çox istifadə etdikləri məkanlarda – yanacaqdoldurma məntəqələrində, avtomobillər üçün ehtiyat hissələri satılan mağazalarda, bəzi kafe və restoranlarda bu kartla yüksək keşbek qazanacaqlar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2355
avatar

Oxşar yazılar