ABB biznes proseslərində “SİMA İmza”nın geniş tətbiqinə başladı
09 yanvar 2025 15:09 (UTC +04:00)

ABB biznes proseslərində “SİMA İmza”nın geniş tətbiqinə başladı

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın genişmiqyaslı rəqəmsal xidmətlər üzrə tətbiqinə başlayıb.

Artıq fərdi sahibkarlar və hüquqi şəxslər ABB-nin “İnternet bankçılıq” (cb.abb-bank.az) xidmətində yeni müştəri kimi “SİMA İmza” ilə qeydiyyatdan keçə bilərlər. Portala daxil olduqdan sonra aşağıdakı biznes proseslərini banka getmədən, tam rəqəmsal şəkildə həyata keçirmək mümkündür:

  • Bank hesablarının açılması
  • Pulköçürmələri və konvertasiya əməliyyatları
  • Hökumət ödənişləri
  • “ANİPay” ödənişləri
  • Kredit ərizələrinin imzalanması
  • ATM və POS-terminal əməliyyatları
  • AKB və “Asan Finance” razılıq ərizələrinin təsdiqi
  • Qeyri-bank xidmətlərindən istifadə

Qeyri-bank xidmətləri dedikdə, vergi xidmətləri (bəyannamələrin verilməsi) və gömrük fəaliyyəti üzrə əməliyyatlar nəzərdə tutulur.

Fərdi sahibkarlar və hüquqi şəxslər “SİMA İmza”nı heç bir xidmət məntəqəsinə getmədən onlayn şəkildə əldə edə bilərlər. Bunun üçün “SİMA İmza” tətbiqini yükləmək və qeydiyyatdan keçmək kifayətdir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537
avatar

Oxşar yazılar