"ABB AI Factory” platforması “IDC Future Enterprise EMEA” mükafatının qalibləri sırasında
02 fevral 2024 12:28 (UTC +04:00)

"ABB AI Factory” platforması “IDC Future Enterprise EMEA” mükafatının qalibləri sırasında

Bazar araşdırmaları və konsaltinq xidmətləri sahəsində qlobal qurumlardan olan IDC (Beynəlxalq Data Korporasiyası) ilk dəfə illik “IDC Future Enterprise EMEA” (Avropa, Orta Şərq, Afrika regionunda gələcək sahibkarlıq) mükafatının qaliblərini açıqlayıb. İlk ilində dünyanın ayrı-ayrı regionlarından  15-dən çox sektordan 600-dən artıq təşkilat proqrama layihələr təqdim edib. Mükafatlandırma “Rəqəmsal infrastruktur”, “İş”, “Dayanıqlılıq”, “Müştəri təcrübəsi”, “İnam”, “İntellekt”, “Əməliyyatlar” nominasiyaları üzrə aparılıb. ABB-nin “ABB Suni İntellekt Platforması” (ABB AI Factory) layihəsi də “İntellekt” nominasiyası üzrə ilk üçlükdə qərarlaşıb.

“ABB AI Factory” 15-dən çox Open Source texnologiyasını özündə cəmləşdirən Big data, Data Science və Süni İntellekt platformasıdır. Bu platforma Bankın əməkdaşlarına birlikdə işləyib effektiv və sürətli şəkildə Süni İntellekt həllərini yaratmaq, onları idarə etmək imkanı verir. Hazırda “ABB AI Factory” platformasında 100-dən çox maşın öyrənməsi modeli işləyir. Qeyd edək ki, bu platformanı başlanğıcdan ABB əməkdaşları yaradıb. Bankın data komandasında hazırda 50-dən çox işçi çalışır. Bu günlərdə istifadəçilərə təqdim edilmiş ABB Süni İntellekt də Bankın data və rəqəmsal komandalarının birgə reallaşdırdığı uğurlu layihələrdəndir.

Müxtəlif nominasiyalar üzrə “IDC Future Enterprise EMEA” mükafatlarını qazanan qlobal oyunçular sırasında Vodafone, Deutsche Bank, Henkel, Koçtaş, Kembric Universiteti, DHL Group, Aksigorta və s. bu kimi qurumlar var.

Layihələrin dəyərləndirilməsi zamanı əsas meyarlardan biri şirkətlərin proqram təminatı, innovasiyalar, rəqəmsal transformasiya, ən təkmil texnologiyalar əsasında mükəmməl infrastruktur  yaratması olub.

IDC-nin bu proqramı rəqəmsal biznes erasında təşkilatlara müasir çağırışlara necə uyğunlaşdıqlarını, yeni texnologiyalara hansı şəkildə sərmayə qoyduqlarını nümayiş etdirmək fürsəti verir. “IDC Future Enterprise EMEA” mükafatı rəqəmsal mədəniyyəti inkişaf etdirmək, bu sahədə sağlam rəqabət mühiti yaratmaq üçün düşünülmüş platformadır. Bu mükafat şirkətləri etibarlı sənaye ekosistemlərindən faydalanmaqla mükəmməl infrastruktur qurmağa, müştəri təcrübələrini inkişaf etdirməyə və bu təcrübələrdən qazanmağa motivasiya edir.

Proqram haqqında ətraflı məlumatı buradan əldə etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən  və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3699
avatar

Oxşar yazılar