Perunun Naska səhrası üzərində turistik uçuş həyata keçirməli olan təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub.
Lent.az xəbər verir ki, bu barədə yerli bələdiyyə hakimiyyəti məlumat yayıb.
Məlumata görə, "Aerodiana" şirkətinə məxsus təyyarə Naska geoqrifləri üzərində ekskursiya uçuşu həyata keçirmək üçün Pisko şəhərindən havaya qalxıb.
Təyyarə Pueblo-Vyexo bölgəsində qəzaya uğrayıb.
Hazırda qəzanın səbəbləri araşdırılır.
Qeyd edək ki, Naska geoqrifləri 1994-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.