Neftin ucuzlaşması büdcə gəlirlərinə ciddi təsir göstərməyəcək - RƏSMİ
13 mart 2020 12:52 (UTC +04:00)

Neftin ucuzlaşması büdcə gəlirlərinə ciddi təsir göstərməyəcək - RƏSMİ

“Proqnozlara görə, koronavirus epidemiyasının yayılması iyun ayına qədər bitəcək və dünyada iqtisadi əlaqələr aktivləşəcək”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin  plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

O deyib ki, Azərbaycan hökumətinin apardığı tədbirlər nəticəsində iqtisadiyyatıın dayanıqlılığı artıb: “İqtisadiyyatın xarici şoklardan qorunması üçün immunitet yaranıb. Neftin qiymətinin 30-35 dollar olması büdcə gəlirlərinin 270-340 milyon dollar azalda bilər ki, bu da büdcənin gəlirlərində çox cüzi faizdir. Son iki ayda büdcəyə proqnozlaşdırılandan 250 milyon manat əlavə vəsait daxil olub. Bu da göstərir ki, neftin qiymətinin düşməsi büdcə gəlirlərinə elə ciddi təsir göstərməyəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1056
avatar

Oxşar yazılar