Maliyyə Nazirliyi: "Yayılan məktub saxtadır"
27 oktyabr 2020 13:05 (UTC +04:00)

Maliyyə Nazirliyi: "Yayılan məktub saxtadır"

"Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılacağı və fond vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına yönləndiriləcəyi ilə bağlı Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun adından sosial şəbəkələrdə yayılan məktub saxtadır və Ermənistan tərəfinin növbəti uğursuz təxribatıdır".

Lent.az məlumat verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev bildirib. O qeyd edib ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, nazir və nazirliyin hər hansı səlahiyyətli şəxsi tərəfindən bu barədə bəyanat və ya açıqlama verilməyib:

"Bu, döyüş meydanında aciz vəziyyətə düşən işğalçı ölkənin və onun havadarlarının Azərbaycanın informasiya məkanında təxribat törətməyə yönəlmiş növbəti uğursuz cəhdi kimi qiymətləndirilməlidir.

Maliyyə Nazirliyi xalqımızı bu kimi təxribatlara qarşı diqqətli olmağa, yalnız rəsmi mənbələrdən verilən məlumatlara inanmağa çağırır". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2053
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar