Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur
27 noyabr 2020 12:57 (UTC +04:00)

Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur

0

Dekabr ayının əvvəlindən Bakı-Minsk marşrutu üzrə müntəzəm çarter reyslərinin bərpa edilməsi nəzərdə tutulur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 4 dekabr 2020-ci il tarixdən  etibarən "Belavia" aviaşirkəti Bakı-Minsk marşrutu üzrə müntəzəm reyslərin  həyata keçirilməsinə başlayacaq. İki paytaxt arasında uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək.

Qeyd olunan reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci  Terminalından həyata keçiriləcəkdir.

Qeyd edək ki, yalnız vətəndaşlığı olan və ya təyinat ölkəsinə giriş hüququna malik, eləcə də koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılacaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2253

Oxşar yazılar