2020-ci ilin yanvar-avqust aylarında ölkә iqtisadiyyatında muzdla çalışan işçilәrin orta aylıq nominal әmәkhaqqı 2019-cu ilin müvafiq dövrünә nisbәtәn 20,5 faiz artaraq 710,2 manat tәşkil edib.
Dövlət Statistika Komitəsindən Legitim.az-a verilən məlumata görə, əmәkhaqqı neft-qaz sektorunda 3443,8 manat, qeyri neft-qaz sektorunda 650,9 manat tәşkil edib. Dövlәt müәssisәlәrindә çalışan işçilәrin әmәkhaqları 625,4 manat, özәl müәssisәlәrdә isә 817,9 manat olub.