Bankomat barmaq izini götürəcək
03 avqust 2012 23:13 (UTC +04:00)

Bankomat barmaq izini götürəcək

Braziliyanın Itautec şirkəti 12 min bankomatın müştərilərin barmaq izlərini götürəcək skanerlər ilə təchiz edilməsi üçün Latın Amerikasının ən iri banklarından biri tərəfindən sifariş almışdır.

AzərTAc xarici KİV-lərə istinadən xəbər verir ki, biometrik texnologiyaların tətbiqinin əsas məqsədi bankın müştərilərini etibarlı, dəqiqi və cəld identifikasiya ilə təmin edərək onların öz hesablarına təhlükəsiz və sürətli girişini təmin etməkdir.

Sifarişçi bankın nümayəndələri bildirir ki, PİN-kodların istifadə edilməsi
çoxsaylı fırıldaqçılar üçün min cür hiylə və kələk qurmaq şansı yaradır, istifadəçilərin barmaq izləri sayəsində tanıması isə daha təhlükəsiz və səmərəli təsir bağışlayır.

Hər bir insanın barmaq izləri unikal və təkrarolunmazdır –onları oğurlamaq və saxtalaşdırmaq mümkün deyil. Bundan əlavə, biometrik bankomatlardan istifadə sadə insanların həyatını asanlaşdıracaq, onları PİN-kodları yadda saxlamaq zərurətindən xilas edəcəkdir.

Azərtac
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770

Oxşar yazılar