Azərbaycanda duru yağın qiyməti qalxıb
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, nazirliyin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı duru yağların qiymətindəki bu dəyişikliyin süni qiymət artımı olmadığı müşahidə edilib.
Məlum olub ki, bazarda duru yağın qiymətinin artmasına səbəb dünya bazarında xammalın qiymətinin bahalaşmasıdır. Belə ki, Azərbaycanda günəbaxan və qarğıdalı yağları idxal edilən xammaldan istehsal olunur. Son 3 ay ərzində dünya bazarında bu xammalın qiymətində 25%-dək artım baş verib. Bu isə öz növbəsində ölkədə istehsal edilən günəbaxan və qarğıdalı yağlarının maya dəyərinin artmasına, nəticədə həm topdan, həm də pərakəndə satış qiymətinin müəyyən qədər bahalaşmasına səbəb olub.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dünya bazarında baş verən qiymət artımı meyllərindən sui-istifadənin, eləcə də yerli bazarda süni qiymət artımının qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir.

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09