Vahid Ələkbərovun şirkətinin Bolqarıstanda fəaliyyəti dayandırıldı
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Bolqarıstan Gömrük Agentliyinin qərarı ilə “Neftoxim Burqas” yanacaq məhsulları anbarı və “Rosenets” neft terminalının idarə edilməsi üzrə lisenziyanın fəaliyyət müddəti dayandırılıb. Neft emalı zavodunun məhsullarının saxlanıldığı anbar möhürlənib. Gömrük Agentliyinin direktoru Vano Tanov bolqar mətbuatına müsahibəsində deyib ki, “Lukoyl-Bolqariya” şirkəti Gömrük Agentliyinin yanacaq anbarında nəzarət sayğaclarının qurulması ilə bağlı tələbini yerinə yetirməyib. O bildirib ki, bu tələb yerinə yetirildikdən sonra “Lukoyl” yenidən lisenziya ala bilər. “Lukoyl-Bolqariya” şirkətinin direktoru Valentin Zlatev isə yanacaq məhsulları saxlanan anbar möhürləndiyi üçün neft emalı zavodunun fəaliyyətini dayandırıb.
Qeyd edək ki, “Lukoyl-Bolqariya” “Lukoyl”-un törəmə şirkətidir. Azərbaycan əsilli rusiyalı biznesmen Vahid Ələkbəovun prezidenti olduğu “Lukoyl” şirkəti Bolqarıstan neft bazarının 40 faizinə nəzarət edir. Ancaq “Lukoyl” şirkətinin bu ölkənin yanacaq bazarında böyük paya malik olmasına baxmayaraq, Bolqarıstan baş nazirinin müavini, maliyyə naziri Simeon Dyankov hesab edir ki, ölkəni yanacaq böhranı gözləmir.

822