“Azərbaycan Dəmir Yolları” QSC sədri əmr imzaladı
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sisteminin bütün sahələrinin müasirləşdirilməsi” haqqında əmr imzalayıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, əmrə müvafiq olaraq, dəmir yolunun bütün sahələrinin modernizasiyası, müasirləşdirilməsi, təsərrüfatlarda maddi-texniki bazanın yaradılması istiqamətində görüləcək işlərin həcminin müəyyən edilməsi məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun rəhbərliyi ilə texniki-iqtisadi komissiya yaradılıb.
Hazırda komissiya tərəfindən dəmir yollunun müasirləşdirilməsi istiqamətində bütün sahələri əhatə edən Tədbirlər Proqramı hazırlanır. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin departament, birlik, xidmət, MMC və şöbələrinə, eyni zamanda xətt boyu yerləşən idarə, təşkilat və müəssisələrin rəhbərlərinə tapşırılıb ki, dəmir yolunun bütün sahələrinin modernizasiyası, müasirləşdirilməsi, təsərrüfatlarda maddi-texniki bazanın yaradılması istiqamətində rəy və təkliflərini “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC-nin texniki inkişaf şöbəsinə təqdim etsinlər.

1503