Gömrük Məcəlləsinin layihəsi ikinci oxunuşdan keçdi
06 may 2011 18:15 (UTC +04:00)

Gömrük Məcəlləsinin layihəsi ikinci oxunuşdan keçdi

Lent.az-ın məlumatına görə, çıxış edən deputatlar layihənin ilk oxunuşa nisbətən daha da təkmilləşdirildiyini, mövcud olan bir sıra qeyri-dəqiqliklərin aradan qaldırıldığını diqqətə çatdırıblar. Layihədə mövcud olan bir çox maddənin ilk oxunuşa görə, sadələşdirildiyini, həmçinin hazırlanmış layihənin beynəlxalq standartlara uyğun şəkildə hazırlandığını qeyd edən deputatların əksəriyyəti layihənin üçüncü oxunuşa saxlanılmadan səsverməyə qoyularaq qəbul edilməsini təklif ediblər.

Sonda layihə ilə bağlı çıxış edən Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev hesabat xarakterli çıxış edərək, layihə ilə bağlı bəzi deputatlarda yaranmış suallara aydınlıq gətirib. O, həmçinin, layihənin ilk oxunuşu zamanı iradlarını nəzərə çatdıran deputatlara da minnətdarlıq edərək, həmin boşluqların artıq aradan qaldırıldığını bəyan edib.

Qanun layihəsi 59 fəsil 3 bölmədən ibarətdir. Spiker Oqtay Əsədov qanun layihəsinin böyüklüyünü nəzərə alaraq, 10 fəsil-10 fəsil səsə qoyulmasını təklif edib.

Səsvermənin yekununda qanun layihəsi ikinci oxunuşdan keçib.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar