“Unibank”in on-layn ödəniş imkanlari genişləndirilir
22 aprel 2011 13:42 (UTC +04:00)

“Unibank”in on-layn ödəniş imkanlari genişləndirilir

Bütün “Viza” və “Master Card” tipli plastik kartlarının sahibləri ödənişləri Bankın filial və şöbələrinə baş çəkmədən, on-layn rejimində həyata keçirə bilərlər. “Unibank” saytında “GoldenPay” şirkəti ilə birgə yeni “Billpay” ödəniş sistemini tətbiq edərək, müştərilərin on-layn rejimində ödəyə biləcəkləri xidmətlərin sayını 26-ya qədər genişləndirib.

“İndi on-layn ödəniş sistemində “Şəxsi kabinet” opsiyası mümkündür” - deyə, “Unibank” ASC-nin İdarə Heyyətinin sədr müavini Faiq Zeynalov bildirib. Onun sözlərinə görə, bu opsiya aparılan bütün ödənişlər, plastik kart, onun sahibi və abonent kodları barədə bütün məlumatları sistemin yaddaşında saxlamaq imkanı verir. “Nəticədə, qeydiyyatdan keçən hər bir istifadəçi istənilən vaxt arxiv yaratmaq və öz ödənişlər üzrə çıxarışları çap edə bilər. Ən əsası isə belə müştərilər bonus proqramlarda və dəyərli mükafatların oynanılmasında iştirak etmək imkanı qazanırlar” - deyə, o, fikrini tamamlayıb.

“BillPay” (http://billpay.unibank.az/) sistemində qeydiyyat və “Şəxsi kabinet”in açılması pulsuzdur. Bu prosedur iki dəqiqəyə yaxın vaxt aparır. Bununla yanaşı, “Unibank”ın saytı xidmətlərin on-layn ödənişlərini qeydiyyat aparmadan da yerinə yetirmək imkanı verir. İstənilən halda müştəridən hər hansı bir komissiya haqqı tutulmur, bütün ödənişlər isə bir neçə saniyə ərzində həyata keçirilir.

Xatırladaq ki, “GoldenPay”ın və “Unibank”ın on-layn ödəniş üzrə bütün xidmətləri etibarlı və təhlükəsizdir. Ən azı ona görə ki, bu əməliyyatlara “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemləri tərəfindən (“VeriSign SSL” şifrləmədən istifadə etməklə) nəzarət olunur. Onu da qeyd edək ki, yaxın gələcəkdə Bankın saytı vasitəsi ilə on-layn ödəniş sisteminin funksionallığı, yeni xidmət provayderlərinin qoşulması hesabına daha da genişləndiriləcək.

“Unibank”da on-layn ödənişlər və o cümlədən “BillPay” sistemi haqqında, habelə plastik kartların on-layn sifarişi üzrə əlavə məlumatı (012) 117 nömrəli telefonla almaq mümkündür.
# 873

Oxşar yazılar