Xaçmazda yeni avtovağzalın açılışı olub
22 aprel 2011 13:02 (UTC +04:00)

Xaçmazda yeni avtovağzalın açılışı olub

Aprelin 22-də Xaçmaz rayonunda yeni avtovağzalın açılışı olub. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, avtovağzalın ümumi sahəsi 8628 kvadrat metrdir. Avtovağzalda gün ərzində 145 avtobus, 5200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Buradan rayondaxili, rayonlararası və beynəlxalq sərnişindaşıma da həyata keçiriləcək. Qonşu Türkiyə, İran, Rusiya və Gürcüstana getmək istəyənlər Xaçmazdan yola çıxa biləcəklər. Yeni istifadəyə verilən üçmərtəbəli avtovağzal müasir standartlara cavab verir.

Vəli Turan
# 810

Oxşar yazılar