Auditdən yayınan müəssisə və təşkilatlara xəbərdarlıq edildi
Azərbaycanda hər il müəssisə və təşkilatların yalnız 10 faizi audit yoxlamasından keçir. Lent.az-ın verdiyi məlumata görə, bunu Auditorlar Palatasının sədri Vahid Novruzov söyləyib.
Bunun çox aşağı rəqəm olduğunu bildirən Auditorlar Palatasının sədri Nazirlər Kabinetinin 2 ay ərzində auditdən keçməyən müəssisə və təşkilatların üzə çıxarılması, cəzalandırılması ilə bağlı mexanizm hazırlayacağını nəzərə çatdırıb: “Auditorlar Palatası özü də İşçi Qrupu hazırlayıb və bununla bağlı təkliflərimizi 2 həftəyə təqdim edəcəyik. Qanun qəbul olunub və mexanizm hazırlanandan sonra artıq tək mənzərəni təsvir etməklə kifayətlənməyəcək. Artıq belə halların aradan qaldırılması üçün real tədbirlər həyata keçirəcəyik, onları cəzalandıracağıq”.
Vahid Novruzov keyfiyyətsiz audit xidməti göstərən fiziki və hüquqi şəxslərin Auditorlar Palatası tərəfindən cəzalandırıldığını, onların lisenziyasının alındığını, yaxud fəaliyyətlərinin dayandırıldığını da vurğulayıb: “Əgər auditorun 3 dəfə keyfiyyətsiz xidmət göstərdiyi aşkarlanırsa, onun fəaliyyəti dayandırılır. Sonuncu dəfə Auditorlar Palatası 2009-cu ildə bir auditorun fəaliyyətini dayandırıb”.

Oxşar yazılar

"Azercell"in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib
21 iyul 2025 , 18:37
"Kapital Bank"ın dəstəyi ilə TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu
21 iyul 2025 , 17:16
“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi
21 iyul 2025 , 15:45
Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19