DəmirBank-dan pul köçürmələri üzrə 16 müştəri lotereyada pul qazandı
22 aprel 2011 10:46 (UTC +04:00)

DəmirBank-dan pul köçürmələri üzrə 16 müştəri lotereyada pul qazandı

Bu müştərilərdən 1 nəfər 1000 manat, 5 nəfər hər biri 200 manat və 10 nəfər hər biri 100 manat pul məbləği udub. Qaliblərin siyahısı Bankın İnternet saytında verilir. Bank həmçinin qaliblərə telefonla məlumat verir.

Pul köçürmələri üzrə uduş kampaniyası 6 ay davam edəcək. Kampaniyanın növbəti tirajı 16 may tarixində keçiriləcəkdir. DəmirBank-ın istənilən filialında “Western Union”, “Coinstar”, ”Contact”, “Blizko”, “PrivatMoney”, “Bıstraya Poçta”, “Zolotaya Korona” və ya “Şimşək” sistemi ilə ən azı 300 manat, 300 ABŞ dolları, 300 avro və ya 9000 rus rublu məbləğində pul vəsaiti köçürən və ya alan müştərilər uduş kampaniyasında avtomatik iştirak edir. Ən azı qeyd edilən məbləğdə hər bir köçürmə əməliyyatı kampaniyada 1 şansa bərabərdir.

DəmirBank hazırda “Pul köçürən və alanlara kontur hədiyyə” aksiyasını da davam etdirir. Bu aksiyanın şərtlərinə əsasən isə Bankın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq kontur kartı hədiyyə olunur. Köçürmə məbləği ən azı 2000 AZN/USD/EUR və ya 60000 RUR olduqda müştəriyə 2 manatlıq kontur kartı hədiyyə olunur.

“Pul köçürmələri üzrə həyata keçirilən Uduş kampaniyası və Kontur Hədiyyə aksiyası müştərilərimizin məmnuniyyətinin artırılmasına səbəb olub. Bu aksiyaların təsiri ilə Bankda təcili pul köçürmələrinin artımını da müşahidə etmək olar. DəmirBank pul köçürmələri üzrə xidmətlərin genişlənməsi işlərini və müxtəlif aksiyaları davam etdirəcək. Biz uduş kampaniyasının qaliblərini təbrik edirik, və növbəti ay kampaniyanın 2-ci tirajında bütün digər müştərilərimizə də uğurlar arzulayırıq” – deyə Bankın İdarə Heyətinin Sədr Müavini Yusif Cabbarov bildirib.

DəmirBank-ın hazırda Bakı və regionlarda 30 filialı təcili pul köçürmə xidmətlərini göstərir. Ölkənin müxtəlif şəhərlərində müvafiq olaraq Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli filialları fəaliyyət göstərir.

Bankın keçirdiyi Uduş kampaniyası və “Pul köçürənə / alana kontur hədiyyə” aksiyası barədə Bankın www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.
# 786

Oxşar yazılar