Daş, qum, çınqıl, duz istehsalı bahalaşıb
Dövlət Statistika Komitəsi 2011-ci ilin fevral ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi tendensiyası üzrə hesablamalarını açıqlayıb.
Lent.az-ın məlumatına görə, komitənin hesablamalarına əsasən, fevral ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz ucuzlaşıb. Belə ki, ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 0,2 faiz ucuzlaşıb. Daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,7 faiz bahalaşıb.
Emal sənayesindəki qiymət dəyişmələrinə gəlincə, fevral ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,4 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 8,7 faiz, kimya sənayesi üzrə 6,8 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 4,8 faiz, tütün məmulatlarının istehsalı üzrə 2,4 faiz ucuzlaşıb.
Bundan başqa, metallurgiya sənayesi 7,4 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı 0,6 faiz, kağız və karton istehsalı 0,5 faiz, maşın və avadanlıqların istehsalı üzrə qiymətlər 0,1 faiz ucuzlaşıb.
Hesabat dövründə qida məhsullarının istehsalında 0,6 faiz, tikinti materiallarında 0,5 faiz, elektrik avadanlıqlarında 0,4 faiz, toxuculuq sənayesində 0,3 faiz, geyim istehsalında bahalaşma qeydə alınıb. Həmçinin ay ərzində su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə istehsalçı qiymətləri 42,3 faiz bahalaşıb.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atıb
12 may 2025 , 17:52