DəmirBank pul köçürmələri üzrə uduş kampaniyasına başlayıb
Lent.az xəbər verir ki, kampaniya çərçivəsində hər ay 16 müştəri pul qazanacaq - 1 nəfər 1000 manat, 5 nəfər 200 manat və 10 nəfər 100 manat əldə edəcək. DəmirBank-ın istənilən filialında “Western Union”, “Coinstar”, “Contact”, “Blizko”, “PrivatMoney”, “Bıstraya poçta”, “Zolotaya korona” və ya “Şimşək” sistemi ilə ən azı 300 manat, 300 ABŞ dolları, 300 avro və ya 9000 rus rublu məbləğində pul vəsaiti köçürən və ya alan müştərilər uduş kampaniyasında avtomatik olaraq iştirak edir. Ən azı qeyd edilən məbləğdə hər bir köçürmə əməliyyatı kampaniyada 1 şansa bərabərdir.
Şərtlərə əsasən, pul köçürməsi edən və alan müştərilər növbəti ayın 15-i tarixində keçiriləcək tirajda iştirak edir. Misal üçün, mart ayı ərzində pul köçürən və ya alanlar aprel ayının 15-də, aprel ayı ərzində köçürmə edən və alanlar isə may ayının 15-də keçirilən tirajda iştirak edəcək. Bu qayda ilə kampaniya 6 ay davam edəcək.
DəmirBank hazırda “Pul köçürən və alanlara kontur hədiyyə” aksiyasını da davam etdirir. Bu aksiyanın şərtlərinə əsasən isə Bankın filiallarında ən azı 500 AZN/ USD/ EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq kontur kartı hədiyyə olunur. Köçürmə məbləği ən azı 2000 AZN/USD/EUR və ya 60000 RUR olduqda müştəriyə 2 manatlıq kontur kartı hədiyyə olunur.
“Ötən il təsdiq edilmiş “Pul Köçürmələrinin İnkişafı” proqramı üzrə DəmirBank kompleks tədbirlər həyata keçirməkdədir. Yeni köçürmə sistemlərinə qoşulma, Rusiya rublu ilə köçürmələrinin bərpası, Şimşək sistemi üzrə şərtlərin optimallaşdırılması, “Çinə pul köçürmələri” aksiyası və sair tədbirlər qeyd oluna bilər. Müştəri məmnuniyyətinin artırılması istiqamətində isə keçirilən “Kontur Hədiyyə” aksiyası və Uduş Kampaniyası bizim bu sahədə niyyətlərimizi əks etdirir” – deyə Bankın İdarə Heyətinin Sədr Müavini Yusif Cabbarov bildirib.
DəmirBank-ın hazırda Bakı və regionlarda 30 filialı təcili pul köçürmə xidmətlərini göstərir. Ölkənin müxtəlif şəhərlərində müvafiq olaraq Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli filialları fəaliyyət göstərir.
Bankın keçirdiyi Uduş kampaniyası və “Pul köçürənə / alana kontur hədiyyə” aksiyası barədə Bankın www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.

788