DəmirBank mikro və kiçik biznesin kreditləşdirilməsini genişləndirir
28 fevral 2011 16:05 (UTC +04:00)

DəmirBank mikro və kiçik biznesin kreditləşdirilməsini genişləndirir

Bankdan Lent.az-a verilən məlumata görə, bu kommersiya qurumu 500-dən 20 000 manatadək mikro kreditlər, 20 001-dən 100 000 manatadək kiçik biznes kreditlər təklif edir. Kredit 3 ilədək müddətə verilir ki, bu da kredit ödənişlərinin optimallaşdırılması və biznesin inkişafı üçün yaxşı imkanlar yaradır. Mikro və kiçik biznes kreditlərini DəmirBank-ın bütün filialları təqdim edir.


“Bu günədək istehsal, ticarət, xidmət, kənd təsərrüfatı və bu kimi digər sahələrdə fəaliyyət göstərən minlərlə sahibkar DəmirBank-ın mikro və kiçik biznes kreditlərindən istifadə edib. Hazırda DəmirBank-ın mikro və kiçik biznes kreditləri üzrə portfeli 25,3 milyon manat təşkil edir ki, bu da ötən ilin göstəricilərinə nisbətən 78 faiz çoxdur. Mikro və kiçik sahibkarlıq yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun və rifahının yaxşılaşmasına xidmət edir. Bu səbəbdən mikro və kiçik sahibkarlığın kreditləşdirilməsi DəmirBank-ın sosial yönümlü strategiyasına da uyğundur” - deyə İdarə Heyətinin Sədr Müavini Yusif Cabbarov bildirib.


DəmirBank müxtəlif beynəlxalq maliyyə təşkilatları, eləcə də mikro və kiçik kreditlər üzrə ixtisaslaşmış şirkətlərlə geniş əməkdaşlıq edir. Bu proqramlar üzrə cəlb edilmiş vəsaitlər də Azərbaycanda sahibkarlara kreditlərin verilməsinə yönəldilir. DəmirBank, həmçinin sahibkarlığın kreditləşdirilməsi üzrə dövlət proqramına əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına kreditlər verir.


DəmirBank müştərilərə həmçinin digər növ biznes, istehlak və ipoteka kreditlərini təklif edir. Bankın kredit məhsulları barədə daha ətraflı məlumat üçün www.demirbank.az saytına daxil olmaq və ya Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng etmək olar.


Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744

Oxşar yazılar