Heyvandarlıq əkinçiliyi üstələyir
Son illər kənd təsərrüfatı sektorunda heyvandarlığın inkişafı əkinçilik sahəsini üstələməyə başlayıb. Bu tendensiya hər il yüksək sürətlə artır.
Kənd Təsərrüfatı Nazirliyindən Lent.az-a bildiriblər ki, bu tendensiya özünü aqrar sahəyə yönəldilən kreditlərin həcmində də özünü göstərir. Belə ki, ötən il kənd təsərrüfatının inkişafı məqsədilə dövlət qurumları tərəfindən 13 milyon 405 min manat güzəştli kredit verilib. Kreditləri 40 rayonda 448 fiziki və hüquqi şəxs alıb və onların arasında heyvandarlıqla məşğul olanlar daha çox üstünlük təşkil edib.
Nazirlikdə onu da bildirirlər ki, hökumət ölkədə əkinçiliyin inkişaf etdirilməsi məqsədilə iri fermer təsərrüfatlarının yaradılmasını dəstəkləyir. Artıq Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi , Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup regionlarda araşdırmalara başlayıb. Bu məqsədlə 20 rayonun ərazisində 200 min hektara yaxın torpaq sahəsi müəyyənləşdirilib. Həmin ərazilərdə iri taxılçılıq, taxıl toxumçuluq təsərrüfatlarının yaradılması nəzərdə tutulur.
Elxan SALAHOV

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16