«Azercell»in abunəçi bazasının artım tempi kəskin azalıb
«APA-ECONOMICS»in məlumatına görə, şirkətin abunəçilərinn artımı tempi üzrə ən yüksək göstərici 2004-cü ildə, ən aşağı göstərici isə 2010-cu ildə qeydə alınıb. Belə ki, əgər 2004-cü ildə abunəçilərin illik artım tempi 43,5% təşkil etmindirsə, 2005-ci ildə artım tempi 30,4%, 2006-cı ildə – 36,8%, 2007-ci ildə – 28,6%, 2008-ci ildə – 16,7%, 2009-cu ildə – 10%, 2010-cu ildə isə 9,3% olub. Göründüyü kimi, son 7 ildə şirkətin abunəçilərinin sayının 3,2 dəfə artmasına baxmayaraq, abunəçi bazasının artım tempi 4,7 dəfə azalıb.
Qeyd edək ki, hazırda «Azercell»in rabitə şəbəkəsi əhalinin 99,9%-ni, ölkə ərazisinin isə 80%-ni əhatə edir.
Xatırladaq ki, «Azercell» şirkəti 1996-cı ildən fəaliyyət göstərir və hazırda 4,2 mln.-dan artıq abunəçisi var.

1374