Səudiyyə Ərəbistanının böyük neft yalanı ifşa olundu
09 fevral 2011 17:28 (UTC +04:00)

Səudiyyə Ərəbistanının böyük neft yalanı ifşa olundu

“Wikileaks” saytı Səudiyyə Ərəbistanındakı ABŞ diplomatlarının Dövlət Departamentinə göndərdikləri məxfi məktubları dərc edib. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, amerikalı diplomatların yazdıqlarından belə məlum olur ki, Səudiyyə Ərəbistanını neft ehtiyatları elan edilən həcmdən əhəmiyyətli dərəcədə azdır.


Amerikalı diplomatlar bunu Səudiyyə Ərəbistanın “Aramco” dövlət neft şirkətinin keçmiş departament rəhbəri Sadad əl-Hüseynin söylədiklərinə əsasən yazıblar. Sadad əl-Hüseyn diplomatlarla söhbətində deyib ki, ölkənin real neft ehtiyatları rəsmən elan olunan göstəricidən 40 faiz azdır. Sadəcə, “Aramco” şirkəti xarici sərmayədarları Səudiyyə Ərəbistanına cəlb etmək üçün neft ehtiyatlarının həcmini şişirdir. Sadad əl-Hüseyn qeyd edib ki, Səudiyyə Ərəbistanında neft hasilatı 2012-ci ildə pik səviyyəyə çatacaq, 15 il stabil olaraq hər gün 12 milyon barel neft çıxarılacaq. O, 15 il sonra isə neft ehtiyatları sürətlə tükənəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729

Oxşar yazılar