Maliyyə Monitorinqi Xidmətinin qanunvericilik toplusu çapdan çıxdı
Maliyyə Monitorinqi Xidmətində Lent.az-a verilən məlumata görə, topluda PL/TMM sahəsində qəbul edilmiş Azərbaycan Respublikasının əsas qanunu, prezidentin fərmanları, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş qaydalar və Maliyyə Monitorinqi Xidmətinin qərarları ilə təsdiq olunaraq Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış qaydalar əks olunub. Azərbaycan və ingilis dillərində tərtib olunmuş və metodoloji yardım məqsədi daşıyan toplu əsas etibarilə aidiyyəti dövlət orqanlarına və monitorinq subyektlərinə ünvanlanıb.
Xatırladaq ki, Avropa Şurasının MONEYVAL Komitəsi Azərbaycanın PL/TMM sahəsində qanunvericilik sistemini təşkil edən normativ aktların beynəlxalq standartlara uyğun olduğunu bəyan edərək, ölkəmizin bu sahədə inkişaf modelinin digər dövlətlər tərəfindən nümunə kimi qəbul olunmasını tövsiyə edib.

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16