Vergilər Nazirliyində xüsusi işçi qrupu yaradılıb
Vergilər Nazirliyində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında və Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvar ayının 27-də keçirilmiş iclasında verilmiş tapşırıqların müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kollegiya iclasında çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov deyib ki, Prezident İlham Əliyev vergilərdən yayınanların sayının hələ də kifayət qədər olduğunu bildirib, bu kimi hallarla mübarizənin daha ciddi və məqsədyönlü aparılmasının, 2011-ci ildə vergi bazasının genişləndirilməsinin, nağd ödəmələrin minimuma endirilməsinin vacibliyini vurğulayıb və bu sahədə vəziyyətin inkişaf etmiş ölkələrdəki vəziyyətdən fərqlənməməsi üçün 2011-ci ildə köklü və əsaslı tədbirlər görülməsini tapşırıb.
İqtisadiyyatdakı inhisarçılıq meyllərinin qarşısının alınması, azad rəqabət mühitinin yaradılması, müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparılması aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi qarşıya qoyulub. 2011-ci ildə Vergilər Nazirliyi qarşısında qoyulmuş vəzifələrin həllini təmin etmək istiqamətində aparılan işlər barədə danışan Fazil Məmmədov vergi bazasının genişləndirilməsi məqsədilə bütün təsərrüfat subyektlərinin pasportlaşdırılacağını, vergilərin vaxtında və tam həcmdə ödənilməsinə nəzarətin gücləndiriləcəyini, bu məqsədlə müasir informasiya-kommunikasiya texnologiyalarından daha geniş istifadə olunacağını, nağdsız ödənişlərin stimullaşdırılması və nağd şəkildə ödəmələrin minimuma endirilməsi ilə bağlı vergi qanunvericiliyində lazımi dəyişikliklər aparılması məqsədilə müvafiq təkliflərin hazırlanıb yaxın vaxtlarda ölkə başçısına təqdim olunacağını nəzərə çatdırıb.
Vergi xidmətinin fəaliyyətində şəffaflığın artırılması üçün son illər görülən bəzi işlərə baxmayaraq, vergi əməkdaşları tərəfindən yol verilən kobud neqativ halların bütün vergi xidmətinin nüfuzuna xələl gətirdiyini bildirən nazir sistem daxili nəzarətin və şəxsi heyətlə aparılan işlərin gücləndirilməsini vacib sayıb. Fazil Məmmədov qeyd edib ki, ayrı-ayrı vergi işçilərinin qanunla müəyyən edilmiş vəzifələrinə uyğun olmayan hərəkətləri vergi ödəyicilərinin haqlı narazılığına və vergi orqanlarına etimadsızlığına səbəb olur. Bu, ilk növbədə səyyar vergi yoxlamaları və ya operativ nəzarət tədbirləri aparılarkən Vergi Məcəlləsinin tələblərinin pozulması və ayrı-ayrı hallarda korrupsiya və rüşvətxorluq faktlarının olması ilə bağlıdır. Onun sözlərinə görə, ötən il vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsinə, attestasiyanın yekunlarına görə müasir tələblərə cavab verməyən, habelə vətəndaş müraciətləri və şikayətlər üzrə aparılmış araşdırmalar nəticəsində neqativ hallara yol vermiş vergi işçilərinin sistemdən kənarlaşdırılmasına baxmayaraq, bu kimi hallara hələ də rast gəlinməsi daha ciddi tədbirlər görülməsini tələb edir.
Vergi orqanlarında vətəndaş müraciətlərinə mahiyyəti üzrə baxılması və onların vaxtında və düzgün cavablandırılması məsələsi üzərində dayanan Fazil Məmmədov vəziyyətin hərtərəfli araşdırılaraq, qısa müddət ərzində mövcud nöqsanların tamamilə aradan qaldırılması məqsədilə onun əmri ilə xüsusi işçi qrupu yaradıldığını, həmin qrupun verəcəyi təkliflər əsasında vergi orqanlarında vətəndaşlardan daxil olan ərizə və şikayətlərə baxılması prosesinin müasir texnologiyalardan istifadə etməklə daha da təkmilləşdiriləcəyini bildirib.
İclasın sonunda Fazil Məmmədov 2011-ci ildə büdcə daxilolmaları üzrə proqnozların icrasının təmin olunması, korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsi, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının müasirləşdirilməsi, insan resurslarının idarə edilməsi sahəsində şəffaflığın təmin olunması və vergi ödəyicilərinin hüquqlarının qorunması işlərinin daim nazirliyin bütün qurumlarının diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verib. Kollegiya iclasının yekununda müzakirə edilən məsələyə dair müvafiq qərar qəbul edilib.

Oxşar yazılar

“Azerçay” çay plantasiyalarına mediatur təşkil etdi
22 may 2025 , 14:08
Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası
22 may 2025 , 10:26Süni intellekt hər kəs üçün: Samsung, Galaxy A56 5G, A36 5G və A26 5G modellərini təqdim edir
22 may 2025 , 10:00
"Kapital Bank" ATU-da keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub
21 may 2025 , 15:38
“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olundu
21 may 2025 , 15:08
ABB “2025 WMF Dünya Kuboku”nun tərəfdaşıdır!
21 may 2025 , 10:03
Tramp bu yolla 324.5 milyon dollar qazandı
21 may 2025 , 06:39