“Bağladığımız banklar çoxdan işə yaramırdı”
“Bu yaxınlarda Azərbaycanda bağlanan bankların heç birinin həyat fəaliyyəti yox idi. Buna görə də biz onları sistemdən kənarlaşdırılıb”. Lent.az-ın məlumatına görə, mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov son bir ayda 3 bankın fəaliyyətinin dayandırılması barədə jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Onun sözlərinə görə, həmin banklar çox zəif idi və onlar faktiki olaraq, fəaliyyət göstərmirdi: “Bizim böyük mənada bank sistemində belə xarakterli əməliyyatlar aparmaq planlarımız yoxdur. Sadəcə olaraq, böhrandan sönrakı dövdə bankların özlərinin də iriləşməyə ehtiyacı var. Çünki banklar daha çox dayanıqlı olmaq lazımdır, daha böyük kapitallara və aktivlərə malik olmalıdır. Biz və bir sıra beynəlxalq təşkilatlar bankların bu istiqamətdə təşəbbüslərini dəstəkləyəcəyik”.
Elman Rüstəmov problemli kreditlər barədə sualları da cavablandırıb. O qeyd edib ki, artıq Azərbaycanda problemli kreditlərin meylləri azalmağa doğru istiqamətlənir: “Problemli kreditlər onunla əlaqədardır ki, böhran prosesi artıq arxada qalıb və kreditlərin necə deyərlər, bir qədər köhnəlməsi, qocalması baş verib. Artıq bankların özləri bu kreditləri geri almaq üçün özlərinin ehtiyatlarını yaradıblar”.
Elman Rüstəmov gələcəkdə özəl bankların bağlana biləcəyi ehtimalına da münasibət bildirib. Onun sözlərinə görə, Mərkəzi Bankın hansısa bankları bağlamaq planı yoxdur: “Əslində bağladığımız banklar çoxdan işə yaramırdı. Amma biz bunu böhran dövründə etmədik. Çünki bu, maliyyə bazarlarına başqa bir impuls verə bilərdi. Yəni o dövr çox həssas dövr idi və o bankların bağlanması başqa cür başa düşülə bilərdi. Sadəcə olaraq, böhran artıq geridə qalıb və həyat fəaliyyəti olmayan bankları sistemdən kənarlaşdırdıq”.
Xatırladaq ki, 2010-cu ilin dekabrın 1-də “Debütbank” ASC və “Kövsərbank” ASC-nin, 2011-ci il yanvarın 28-də isə “Birlikbank” ASC-nin lisenziyası ləğv edilib. Həmin banklar Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə bağlanıb.
Elxan SALAHOV

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30