Tarif Şurasının qiymət artımı qərarı Milli Məclisdə
APA-nın məlumatına görə, deputat Qüdrət Həsənquliyev qiymət artımının hazırkı şəraitdə münasib olmadığını qeyd edib. Millət vəkili parlament sədrindən xahiş edib ki, qlobal böhranın davam etdiyi hazırkı şəraitdə hökumət qarşısında bu qərarın bir müddət təxirə salınması təklifi ilə çıxış etsin.
YAP-dan olan millət vəkili Siyavuş Novruzov isə həmkarının qaldırdığı məsələyə cavab olaraq bildirib ki, hazırda Azərbaycanda qeyd olunan xidmətlər üzrə tariflər çox aşağıdır: “Dövlət başçısı tərəfindən indiyədək dəfələrlə əhalinin elektrik, qaz və digər kommunal xidmətlərə görə yaranmış borcları bağışlanıb. Bundan da öz növbəsində bəzi şəxslər sui-istifadə edir, israfçılığa şərait yaranır”.
Spiker Oqtay Əsədov da deputat S. Novruzovun fikirlərini dəstəkləyib: “Suyun və ya nəyinsə qiymətinin qalxmasından manipulyasiya məqsədi ilə istifadə etmək düzgün deyil. Suyun qiyməti 12 qəpik artırılıb. Bir şüşə suyu dükandan neçəyə alırsınız? Bu gün Bakı şəhərini içməli su ilə təmin edən şirkətdə 12 min adam işləyir. Tariflər aşağıdır, şirkət işçilərin pulunu verə bilmir. Eynilə də dəmiryolunda tariflər Ermənistan və Gürcüstandan 3-4 dəfə ucuzdur”.

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30