Türk nazir Telman İsmayılovu təriflədi
“Azərbaycanlı iş adamının otelin açılması ilə bu gün dünyada ən yaxşı 100 otelin 40-ı Türkiyədədir”
Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay məşhur azərbaycanlı iş adamı Telman İsmayılovla bağlı növbəti açıqlama verib. Lent.az-ın məlumatına görə, türk nazir qlobal iqtisadi böhranın təsiri səbəbindən bu il ölkəyə gələcək turist sayı ilə bağlı dəqiq bir söz deməyin çətin olduğunu deyərkən azərbaycanlı iş adamını tərifləməyi yaddan çıxarmayıb.
“2010-2011-ci illərədək turist sayının 30 milyona yüksəldəcəyimizi təxmin edirəm. Antalyada azərbaycanlı iş adamı Telman İsmayılovun qurduğu “Mardan Palace”ın da açılması ilə bu gün dünya səviyyəsində turizm avtoritetlərinin müəyyənləşdirdiyi 100 otelin 40-ı Türkiyədədir” – deyə, nazir bildirib.
Xatırladaq ki, Ərtoğrul Günay bir neçə gün öncə də T.İsmayılovla bağlı açıqlama vermişdi. “Şəxsən özü ilə görüşdük. Onun Türkiyə vətəndaşlığı alması üçün etdiyi müraciətlə bağlı köməklik edəcəyik. Bunu onun özünə də söylədim. Türkiyəyə investisiya yatıran, Türkiyəni dünyada yaxşı tanıtmaqda rolu olan hər kəsin vətəndaşlıq və buna bənzər digər mövzularda istəklərinə dəstək olmağı özümüz üçün vəzifə borcu sayırıq” – demişdi.

Oxşar yazılar

"Azəriqaz" rəsmiləri Lənkəranda vətəndaşlarla görüşdü - FOTO
25 may 2022 , 17:55
Binalardan ev alanlara nə qədər ƏDV qaytarılacaq?
25 may 2022 , 17:47
Bu rayonların qazı KƏSİLƏCƏK
25 may 2022 , 16:52
"Azəriqaz" nin növbəti "Açıq mikrafon"u Cəlilabadda qurulacaq
25 may 2022 , 15:21
Supermarketlərdə QİYMƏT QALMAQALI: "Araz", "OBA", "Al", "Bazarstore"...
25 may 2022 , 15:11
Bakı Enerji Həftəsində 30 ölkədən 249 şirkət iştirak edəcək®
25 may 2022 , 13:41
"Misli görünməmiş inflyasiya təzyiqləri yaranıb" - NAZİR MÜAVİNİ - YENİLƏNİB
25 may 2022 , 12:18