Bakının şəhər kadastrı yaradılacaq
23 iyun 2009 11:15 (UTC +04:00)

Bakının şəhər kadastrı yaradılacaq

Qərib Məmmədov: “Vəsait olsa, biz nəinki Bakının, digər şəhər və rayonların da kadastrını hazırlayarıq”

“Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakının şəhər kadastrının yaradılması istiqamətində ciddi işlər aparır. Koreya hökumətinin dəstəyi ilə Bakının rayonlarının biri pilot ərazi kimi seçiləcək. Kələcəkdə isə Bakının tam şəkildə şəhər kadastrının hazırlanacaq. Ancaq bu, bir qədər çətin və uzun vaxt tələb edən işdir”.

Lent.az-ın məlumatına görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri qərib Məmmədov jurnalistlərə açıqlamasında belə deyib. Komitə sədri qeyd edib ki, bu işə Bakının bir rayonunda başlasa, digər rayonlarda da həmin tədbirlər reallaşa bilər: “Amma bunun üçün vəsait ayrılmalıdır. Vəsait olsa, biz nəinki Bakının, digər şəhər və rayonların da kadastrını hazırlayarıq. Koreyanın bu istiqamətdə Azərbaycana dəstək verməsi çox yerinə düşür. Biz bu imkandan yararlanmalı, Koreyanın dəstəyini və təcrübəsini düzgün qiymətləndirməliyik”.

Qərib Məmmədov bildirib ki, Torpaq Kadastr Sisteminin təkmilləşdirilməsi 5 əsas tərkib hissədən ibarətdir. Bunlar torpağın dövlət qeydiyyatı, torpağın kəmiyyət və keyfiyyəti, torpağın keyfiyyət göstəricisi üzrə qiymətləndirilməsi, iqtisadi qiymətləndirmə və kadastr xəritələrinin hazırlanmasından ibarətdir. Onun sözlərinə görə, Azərbaycanda şəhər kadastrının olmaması idarəetmədə ciddi problemlər yaradır: “Ona görə də biz bu layihəni Bakının bütün rayonlarında və respublikanın digər ərazilərində həyata keçirmək niyyətindəyik. Ancaq hər şey maliyyələşmədən asılıdır”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1153

Oxşar yazılar